Daxili Təqaüd Proqramı

Təqaüd almaq üçün iddiaçılara qoyulan tələblər

Müsabiqə bu Proqramda qeyd olunmuş ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılır ("İxtisaslar" bölməsində verilmişdir).

  • Tələb olunan ixtisasların siyahısı SOCAR rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər.
  • Təqaüd almağa iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • tələb olunan ixtisaslar üzrə bakalavr 2-ci, 3-cü və 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabi şöbələrində təhsil almalıdır (bakalavr 1-ci kursların namizədliyinə baxılmır);
    • son 2 semestrdə "kafi" qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq "kafi" qiyməti olmamalı, qalan bütün qiymətləri "yaxşı" və ya "əla" olmalıdır;
    • başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır;
    • SOCAR-da və səhmlərinin bir hisssəsi SOCAR-a aid olan qurumlarda çalışmamalıdır.
  • Təqaüd müsabiqəsinə iddiaçıların sənədləri hər tədris ilinin 1-ci semestri bitdikdən sonra növbəti 3 həftə ərzində qəbul edilir.
  • Hazırlıq bölməsində təhsil alan tələbələr "Kurs" bölməsini hazırlıq ili nəzərə almadan seçməlidirlər.
  • Təqaüd almaq üçün tələbə fərdi qaydada elektron qeydiyyatdan keçməlidir