Müsabiqənin keçirilmə qaydaları
- Müsabiqənin keçirilməsi ilə bağlı elan SOCAR-nin veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir.
- Müsahibəyə buraxılan tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
- Müsabiqə 2 turda - məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.
- 1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.
- Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və trankriptin əslini götürməlidirlər.
- 2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.
- Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.
- Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.
- Komissiya üzvləri tərəfindən iddiaçılara verilən balların cəminin müsabiqəni aparan Komissiya üzvlərinin sayına bölünməsi yolu ilə hər bir iddiaçı üçün orta bal müəyyən olunur.
- Hər kursdan "4"-dən aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 40 nəfərədək namizəd Təqaüdçü seçilir.
- Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.
- SOCAR-ın prezidenti tərəfindən təsdiq olunduqdan sonra Təqaüdçülərin siyahısı təqaüdçülər bölməsində yerləşdirilir.