Müsabiqənin 2-ci turu barədə

Müsabiqənin 2-ci turu barədə

Müsabiqənin 2-ci turuna vəsiqə qazanan tələbələrin siyahısının müəyyən olunması məqsədilə 17.05.2019-cu il tarixində Daxili Təqaüd Proqramının Müsahibə Komissiyasının iclası keçirilmişdir. Komissiya iclasında aparılan müzakirə və təkliflər nəticəsində ixtisas qrupları üzrə keçid balları müəyyən olunmuşdur. Nəticələrə əsasən Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibələrə 258 nəfər namizəd vəsiqə qazanmışdır. Müsahibələrin qrafiki şəxsi profillərinizdə yerləşdirilmişdir.

Qeyd: Müsahibələrə gələrkən aşağıdakı sənədlərin gətirilməsi vacibdir:

- şəxsiyyət vəsiqəsi;

- rəsmi transkriptin əsli (surəti, şəkli və.s formalar qəbul edilmir).

S.s İxtisas qrupu Keçid balı
1 Ekologiya 32
2 Energetika 32
3 Geoloji-Kəşfiyyat 33
4 İKT 37
5 İqtisadiyyat 37
6 Kimya-texnologiya 35
7 Mexanika 34
8 NÖC və Avtomatika   36
9 QNM 36
10 Tikinti 30
Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin. 
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq. 
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur. 
4.Cavablar qısa və konkret olmalıdır. 
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir. 
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər. 
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin. 
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.