Test mərhələsi barədə
Daxili Təqaüd Proqramı üzrə test mərhələsi SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən keçiriləcəkdir. Namizədlər imtahan tarixləri və FİN nömrələri (testə başladığınız zaman tələb olunacaqdır) barədə ətraflı məlumatı şəxsi profillərindən əldə edə bilərlər.
Nəzərinizə çatdırırıq ki, test imtahanına yalnız şəxsiyyət vəsiqəsi olanlar buraxılacaqlar. Müvafiq sənəd olmadıqda və ya sənəddə uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaqdır. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
İmtahan haqqında qısa məlumat:
Test mərhələsi profilində "Status" bölməsinin "İlkin seçim" alt bölməsinin qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan təşkil olunmuş və bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt;
- Əl çantaları və s.
Üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahandan kənarlaşdırılacaqlar.
İmtahan nəticələrini və test mərhələsinin statusunu şəxsi profilinizdən öyrənə biləcəksiniz, bununla əlaqədar olaraq mütəmadi profiliniz yoxlamağı unutmayın!