Xarici Təqaüd Proqramı

-------------------------------------------------------------------------------------

Xarici Təqaüd Proqramı çərçivəsində yalnız SOCAR QRUP-a daxil olan müəssisələrin işçilərinin magistratura pilləsi üzrə  əyani və əyani-qiyabi (tədrisin müəyyən hissəsinin əyani, digər hissəsinin isə qiyabi əsaslarla aparıldığı təhsilalma forması) təhsili maliyyələşdirilir.

Xaricdə təhsil almaq istəyən namizədlərə dair tələblər:

  • Yaşı 40-dan çox olmamalıdır (MBA  ixtisası üzrə təhsil almaq istəyənlərin yaşı 45-dən çox olmamalıdır);
  • İngilis dili bilmə səviyyəsi İELTS sertifikatı üzrə 6.0, TOEFL İBT sertifikatı üzrə 80 baldan, digər xarici dillər üzrə dil bilmə səviyyəsi CEFR şkalası üzrə B2 səviyyəsinə ekvivalent sayılan baldan az olmamalıdır (əvvəlki ali təhsilini xaricdə alan (müvafiq dildə) və universitetin dil sertifikatı tələb etmədiyi namizədlər istisna olmaqla);
  • “Yüksək reytinqli”  universitetlərə qəbul olunanlar istisna olmaqla, müraciət etdiyi ixtisas üzrə xarici ölkələrdə, BANM-də və ADA Universitetində magistr təhsili olmamalıdır(MBA istisna olmaqla);
  • Eyni təhsil pilləsi üzrə XTP çərçivəsində ali təhsili olmamalıdır (MBA istisna olmaqla);
  • Təhsil almaq istədiyi ixtisasla bakalavr təhsili üzrə ixtisası eyni ixtisas qrupuna aid olmalıdır (MBA təhsili istisna olmaqla) və ya təhsil almaq istədiyi ixtisas bakalavr təhsil ixtisasına mahiyyətcə yaxın ixtisas sahə olduqda (birbaşa uyğun olmasa belə) təhsil almaq istədiyi ixtisas sahəsində 2 il iş stajı; tamamilə fərqli ixtisas sahəsidirsə təhsil almaq istədiyi ixtisas sahəsində 3 il iş stajına malik olmalıdır. Təhsil almaq istədiyi ixtisas üzrə magistr təhsili varsa həmin sahə üzrə 2 il iş stajı olmalıdır.
  • Təhsil almaq istədiyi ixtisasla bakalavr təhsili üzrə ixtisası eyni ixtisas qrupuna aid olmalıdır (MBA təhsili istisna olmaqla) və ya təhsil almaq istədiyi ixtisas bakalavr təhsil ixtisasına mahiyyətcə yaxın ixtisas sahə olduqda (birbaşa uyğun olmasa belə) həmin yaxın ixtisas sahəsində 2 il iş stajı olmalıdır;
  • MBA proqramı üzrə təhsil üçün müraciət edən namizəd rəhbər vəzifədə çalışmalıdır;
  • Namizədlərin son iki il üzrə performans nəticəsi azı "Hədəflənən nəticə" və ya ona ekvivalent qiymətləndirmə səviyyəsində olmalıdır.
  • BANM-də mühəndislik ixtisasları üzrə bakalavr təhsili almış və orta akademik göstəricisi 90 bal və daha çox olan son 3 ilin məzunları XTP çərçivəsində digər seçim şərtləri daxilində magistr təhsillərinin maliyyələşdirilməsi məqsədilə proqrama müraciət edə bilər.
  • Təhsil xərclərindən asılı olaraq, 50000 USD həcmində xərcin minimum 100%-i, 110000 USD həcmində xərcin minimum 70%-i dəyərində (eləcə də qeyd olunan aralıqda xərcin hər 10000 USD artması halında təminat dəyəri 5% azalır) təminat (daşınmaz əmlakın ipotekası və ya bank qarantiyası) təqdim etməlidir. Təminat daşınmaz əmlak olduqda onun girov dəyəri əsas götürülür.