Təqaüd Proqramına müraciət elektron formada həyata keçirilir. Qeydiyyat zamanı müraciət edən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:
Şəxsiyyət vəsiqəsinin surəti;
Müvafiq xarici dili bilmə səviyyəsini təsdiq edən sənəd (TOEFL, IELTS, DSH, GRE, GMAT, LSAT və s. imtahanlar);
Xarici universitetə qəbulu təsdiq edən rəsmi sənəd;
Tərcümeyi-hal;
Tibbi arayışlar (poliklinikadan 086№-li forma üzrə arayış və psixi sağlamlıq haqqında arayış);
İpoteka qoyulacaq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın və həmin əmlakın texniki pasportunun surəti,daşınmaz əmlak sahibinin şəxsiyyət vəsiqəsi və telefon nömrələri və ya Bank qarantiyası;
Birbaşa rəhbərindən müsbət xasiyyətnamə;
Müəssisə rəhbərinin rəsmi razılıq məktubu (səhmlərinin nəzarət paketi 50% və daha çox SOCAR-a məxsus olan təsisatların əməkdaşları üçün)