ŞƏRTLƏR
BMTP-yə qoşulmaq istəyən namizəd aşağıdakı tələblərə uyğun olmalıdır:
✓ BANM-ın magistratura pilləsinə Dövlət İmtahan Mərkəzi üzrə qəbul balı 85%-dən yüksək olmalıdır;
✓ SOCAR-da ən azı 1 il iş təcrübəsi olmalıdır;
✓ Tutduğu vəzifə üzrə səriştəliliklərin sonuncu qiymətləndirilməsi nəticəsi 80%-dən yuxarı olmalıdır;
✓ Proqrama müraciət edərkən tamamlama tarixi həmin tarixədək təyin edilmiş Yüksək və ya çox yüksək əhəmiyyətli vəzifə üzrə fərdi inkişaf planında qeyd olunan səriştəliliklərin inkişaf tədbirlərini tamamlamış davamçı olmalı və ya “Yüksək potensiallı işçi” kateqoriyasına aid edilmiş olmalıdır;
✓ Effektivliyin İdarə edilməsi üzrə fərdi hədəflərin sonuncu qiymətləndirmə nəticəsi ən azı 80% olmalıdır.
Qeyd: Yuxarıda qeyd olunan layihələrin tətbiq edilmədiyi müəssisələrdə çalışan əməkdaşlar tutduğu vəzifədən asılı olmayaraq, qiymətləndirmə mərkəzi aləti üzrə effektiv ünsiyyət, emosional zəka, əks-əlaqə, krizisin idarə olunması, qərarvermə, liderlik səriştə modeli, münaqişələrin idarə edilməsi, prioritetləşdirmə, problem həll etmə, stressin idarə edilməsi, vaxtın idarə edilməsi və analitik düşünmə bacarıqları üzrə və ya strukturlu müsahibə üsulu ilə qiymətləndirilir. Qiymətləndirmə Baş ofisin sahə və insan resursları üzrə mütəxəssisləri tərəfindən keçirilir.