Xarici Təqaüd Proqramı

Ümumi məlumat

İstedadlı və perspektivli gənclərin xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarında (universitetlərində) təhsilini təşkil etmək məqsədi ilə 2006-cı ildə SOCAR-ın Xarici Təqaüd Proqramı (XTP) təsis edilmiş və bu proqram uğurla həyata keçirilməkdədir. Proqram başlıca olaraq neft sənayesinin tələbatına uyğun ixtisaslar üzrə kadrların hazırlanmasına xidmət edir.

Müsabiqədə iştirak edərək SOCAR-ın təqaüdünə layiq görülmək istəyən SOCAR əməkdaşları üçün başlıca şərt təhsil alacağı universitetin tələblərinə cavab verməsidir. Proqrama qoşulmaq üçün isə “Şərtlər” bölməsində göstərilmiş tələblərə cavab vermək lazımdır.

Təqaüdə təhsil haqqı, visa və sığorta xərci, yaşayış, qidalanma və nəqliyyat xərcləri daxildir.