MÜRACİƏT
“Şərtlər” bölməsində qeyd olunmuş tələblərə uyğun olan əməkdaşlar Təlim və inkişaf şöbəsinə aşağıda qeyd olunan sənədlərin surətlərini PDF formatında tis@socar.az email ünvanına göndərərək müraciət edə bilərlər.
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Dövlət İmtahan Mərkəzi üzrə qəbul balı.
Qeyd: Müraciət hər tədris ilinin 15 sentyabr -15 oktyabr tarixlərini əhatə edir. 15 oktyabr tarixindən sonra daxil olan müraciətlərə baxılmır.
BMTP çərçivəsində təhsil haqqından azad ediləcək işçi sayı hər il təsdiqlənən kvota üzrə tənzimlənir.2022-2023-cü tədris ili üzrə kvota sayı 5 yer olaraq müəyyənləşdirilmişdir.