Ümumi məlumat
Bakı Ali Neft Məktəbində müvafiq ixtisas üzrə müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə SOCAR-ın Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil alan SOCAR əməkdaşları üçün Təqaüd Proqramı (BMTP) təsis edilmişdir. Təqaüd proqramı hər yeni tədris ilinə şamil olunur və təqaüd proqramına qoşulmuş SOCAR əməkdaşları təhsil haqqından azad edilir.
BMTP çərçivəsində təhsilini müvəffəqiyyətlə başa vuran təqaüdçü SOCAR-da 2 (iki) il müddətində işləmək öhdəliyini daşıyır.
Təqaüd Proqramına qoşulmaq istəyən SOCAR əməkdaşları “Şərtlər” bölməsində göstərilmiş tələblərə uyğun olmalıdır.