Ümumi məlumat

Ümumi məlumat

  • SOCAR təqaüdü (bundan sonra – Təqaüd) Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin (bundan sonra - ATM) bakalavr və magistr pillələrində siyahısı bu Proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə (bundan sonra – Tələbə) SOCAR tərəfindən müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir.
  • Təqaüd aşağıdakı məqsədlərlə verilir:
    • SOCAR üçün vacib olan ixtisaslara gəncləri cəlb etmək;
    • ali təhsilin nüfuzunu möhkəmləndirmək, istedadlı, perspektivli tələbələrin potensialının realizəsinə dəstək olmaq, onların sosial müdafiəsini gücləndirmək;
    • tələbələri bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirmək;
    • istedadlı tələbələrin tədris planlarında nəzərdə tutulan tədris-tanışlıq və istehsalat təcrübələrini SOCAR-ın qabaqcıl istehsalat sahələrində və elmi-tədqiqat institutlarında keçməsinə şərait yaratmaq;
    • ATM-i müvəffəqiyyətlə bitirmiş yüksək bilikli məzunları SOCAR-da ixtisası üzrə işlə təmin etmək.
  • Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir.
  • Tələbə akademik məzuniyyətə çıxdıqda, ATM-dən xaric olunduqda, başqa ali təhsil müəssisəsinə keçdikdə/köçürüldükdə, təqdim etdiyi sənədlərdə saxtakarlıq aşkar olunduqda, başqa ixtisasa keçdikdə/köçürüldükdə, başqa kommersiya təşkilatının təqaüdünü aldıqda Təqaüdün ödənilməsi dayandırılır.
  • Təqaüd Təqaüdçüyə fərdi plastik bank kartı vasitəsilə ödənilir.
  • Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
  • Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
  • Təqaüdün aylıq məbləği 100 manat təyin olunub.
  • Təqaüd Tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən Tələbələrə verilir.