Xarici Təqaüd Proqramı

Xaricdə təhsil almaq istəyən namizədlərə dair tələblər:

  • Yaşı 35-dən yuxarı olmamalıdır;
  • Tədris dili İngilis dili olanlar üçün xarici dili bilmə səviyyəsi IELTS sertifikatı üzrə 6.0 (yazma və danışıq üzrə 6.5), TOEFL IBT sertifikatı üzrə 80 baldan az olmamalıdır (yazma və danışıq üzrə 23); (tədris dili digər dillərdə olanlar üçün isə universitetin tələbinə uyğun müvafiq sertifikatlar)
  • SOCAR-ın təsdiq etdiyi universitetlərin siyahısında “ilk onluqda” olan universitetlərə qəbul olunanlar istisna olmaqla, Bakı Ali Neft Məktəbi və ADA Universitetində magistratura pilləsi üzrə ali təhsili və müraciət etdiyi ixtisas üzrə xarici ölkələrdə magistr təhsili olmamalıdır;
  • Təhsil almaq istədiyi sahə üzrə SOCAR-da ən az 1 il iş təcrübəsi olmalıdır;
  • Təhsil almaq istədiyi ixtisasla bakalavr təhsili üzrə ixtisası eyni ixtisas qrupuna aid olmalıdır.