Xarici Təqaüd Proqramı

Təqaüd Proqramına müraciət elektron formada həyata keçirilir. Qeydiyyat zamanı müraciət edən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Müvafiq xarici dili bilmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və ya IELTS sertifikatı);
  • Xarici universitetə qəbulu təsdiq edən rəsmi sənəd;
  • Tərcümeyi-hal;
  • Tibbi arayışlar (poliklinikadan 086№-li forma üzrə arayış və psixoloji dispanserdən arayış);
  • Girov qoyulacaq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın və həmin əmlakın texniki pasportunun surəti və ya Qarantiya, Girov sahibinin şəxsiyyət vəsiqəsi və telefon nömrələri;
  • Birbaşa rəhbərindən müsbət xasiyyətnamə.