Daxili Təqaüd Proqramına sənəd qəbulu başladı - Son tarix 1 Aprel 2019

Daxili Təqaüd Proqramına sənəd qəbulu başladı - Son tarix 1 Aprel 2019

Müsabiqə 2018-2019-cu tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra "Qeydiyyat" bölməsində profil yaradaraq müsabiqəyə müraciət edə bilərlər .

Profilinizdən Daxili Təqaüd Proqramına müraciət etdiyiniz zaman aşağıdakı sənədləri (.rar, .zip formatında) yükləməyiniz tələb olunur:

1. Şəxsiyyət vəsiqəsi (hər iki üzü);

2. Tələbə bileti;

3. Rəsmi transkript (möhürlü və imzalı).

Son qeydiyyat tarixi: 01 aprel 2019-cu il